"Onların gözləməyə səbri çatmadı"



Bir neçə gün əvvəl “Swansea City”nin baş məşqçisi postundan istefaya göndərilən Bob Bredli istefaya göndərilməsinin səbəbinə toxunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, amerikalı mütəxəsis rəhbərliyin azarkeşlərin təzyiqinə təslim olduğunu qeyd edib.

“Görüşmək üçün ismarıc alanda nəyin baş verəcəyini bildim. Klubun direktoru Hyu Cenkinsonla görüşəndə mənə dedi ki, vəziyyət qəlizdir. Klubun ətrafında çətin atmosfer var, dəyişiklik lazımdır. Bilirdim ki, üzərimdəki vəzifə asan olmayacaq. Addım-addım irəli getmək lazım idi. Bu addımlardan biri yanvarda heyəti gücləndirmək idi. Bizim əleyhimizə dönən bir neçə oyunun istefa ilə bağlı müzakirələrə yol açdığından təəccüblənmişdim. Fikrimcə, rəhbərlik azarkeşlərin tənqidinə rekasiya verdi. Layihənin gücünü görə bilmədilər. Buna heç şad deyiləm. Deyə bilmərəm ki, klub bosslarının etimadını itirmişdim. Onların gözləməyə səbri çatmadı. İstefa məsələsi “West Ham United”ə məğlubiyyətdən dərhal sonra baş verdi”.

Milli.Az