Koutinyo mükafat aldı



“Liverpool”un yarımmüdafiəçisi Filippe Koutinyo “Samba Foot” mükafatına layiq görülüb. Bu mükafat hər ilin sonunda Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya təqdim olunur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı havbek 32.13% səstoplamaqla Neymar (27.88%) və Karlos Kasemironu (13.35%) qabaqlayıb. Səsvermədə braziliyalı idman jurnalistləri, sabiq və indiki futbolçular və azarkeşlər iştirak edib. Qeyd edək ki, mükafatın əvvəlki 2 ildə sahibi Neymar olmuşdu.

Milli.Az