"İbrahimoviçin zədələnməsi fəlakət olardı"



“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçlə İspaniyada qollarını sıralayan Ronaldu və Messini müqayisə edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqal mütəxəsis isveçli ulduzun daha az penalti vurmaq imkanı qazandığını bildirib.

“İbrahimoviçin zədələnməsi fəlakət olardı. Amma bu futboldur. Onun qolları mənim üçün sürprizdir. İspaniya Primerasında Messi və Ronaldu penaltidən də çox qol vurur. Onların qol hesabını penaltilərlə artırmaq üçün yaxşı imkanları var. Zlatanın isə 18 oyunda cəmi 1 penalti qolu var. Burda qol vurmaq asan deyil. Yanvarda daha bir hücumçu almayacağıq. Heyətdə Runi, Reşford, Zlatan və Marsial var. Qarşıda çox oyunlar var. Amma “Mançester Yunayted” səviyyəsində boşda olan hücumçu azdır. Bəlkə də, bu məsələ yayda həll olunar”.

Milli.Az