"Xəyallar başa çatanda emosiyalar üzə çıxır"



Xəbər verdiyimiz kimi Çezare Prandelli “Valensiya”nın baş məşqçisi postndan gedib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis bunun səbəbini rəhbərliyin verdiyi sözü tutmaması ilə əlaqələndirib.

“Xəyallar başa çatanda emosiyalar üzə çıxır. Klub prezidenti Peter Lim mənə söz vermişdi ki, yanvarda 4 yeni futbolçu transfer olunacaq. Amma dekabrın 29-da plan dəyişdi. Ya Simone Zaza, ya da bir yarımmüdafiəçi transfer etmək qərara alındı. Bir sözlə, 4 futbolçu sayı 1-ə endirildi. Dekabrın 27-ə qədər Zazanı heyətdə görmək istədiyimi çatdırmışdım. Amma məzuniyyətdən qayıdandan sonra bunu görmədim”.

Milli.Az