Çilidə zəlzələ baş verib

23:49


Çilinin Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az “Report”a istinadən bildirir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:35-də qeydə alınıb. Zəlzələnin episentri port şəhəri Kelondan (21 mindən çox sakini var) 628,4 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barəsində məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində