Prezident İlham Əliyev: "Azərbaycan 2016-cı ildə nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atıb"



2016-cı ildə biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev səsləndirib.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlərin başa çatdırıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün”.

Milli.Az