Azərbaycan hotellərində nə qədər turist var?

2016-cı ilin yay mövsümü ərzində mehmanxanalarda qalan turistlərin sayı 751 min 353 nəfər olub ki, bu da 2015-ci ilin müvafiq dövrü (608 min 233 nəfər) ilə müqayisədə 143 min 120 nəfər və ya 23,5% çoxdur.

Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il üzrə illik hesabatında əksini tapıb.

İl ərzində ölkə ərazisində fəaliyyət göstərən turizm müəssisələrinin sayı 544, mehmanxanaların sayı 536, yerləşdirmə vasitələrində yerlərin ümumi sayı 38 min olub.

Turizm və aidiyyəti sahələr üzrə çalışanların sayı 49 min nəfərə çatıb. İl ərzində ölkədə 35 mehmanxana tikilib, 25 mehmanxana isə tikilməkdədir.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir