Ömər Momani Azərbaycan yığmasına karikatura həsr etdi – FOTO

Məşhur iordaniyalı karikaturaçı Ömər Momani növbəti işini Azərbaycan millisinə həsr edib.

Müəllif öz işini “Niyə də yox?” adlandırıb.

“Niyə də yox? Norveç üzərində qələbədən sonra Azərbaycan dünya çempionlarına müqavimət göstərə biləcəkmi?”, – Momani öz karikaturasına şərhdə yazıb.
Futbolçuların nömrələrinə əsasən demək olar ki, karikaturada Rəşad Sadıqov, Dmitri Nazarov, Ramil Şeydayev və qapıçı Kamran Ağayev qalanı “alman” nəhənglərinin hücumundan qoruyurlar.

Xatırladaq ki, Azərbaycan-Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Dörd turdan sonra Azərbaycan yığması yeddi xalla qrupda üçüncüdür. İlk pillədə 12 xalla Almaniya, ikinci yerdə isə yeddi xalı olan Şimali İrlandiya millisi qərarlaşıb.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir