DOLLAR YENİDƏN UCUZLAŞDI – Hərracın nəticəsi açıqlandı (YENİLƏNİB)

Mərkəzi Bankdan verilən məlumata görə, bu gün keçirilən harracın nəticəsində manatın orta çəkili məzənnəsi 1,7431 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu gün USD/AZN rəsmi məzənnəsi 1,7563 manat səviyyəsindədir. Beləliklə, Dollar 0,7% düşüb.

Hərracın nəticəsi məlum olduqdan sonra banklarda dollar ucuzlaşıb.
“Marja” xəbər verir ki, UniBank dolları 1.70 manata alıb, 1.7563 manata satır.

Bank of Baku dolların alışını 1.71 manata, satışını isə 1.7650 manata endirib.

Səhər saatlarında banklar dolları əsasən 1.7760 – 1.83 manat səviyyələrindən satırdılar.
Bank Respublika dolların satış qiymətinin 1.83 manatdan 1.80 manata endirib

* * *

Bu gün Mərkəzi Bank növbəti valyuta hərracı keçirir. Fins.az xəbər verir ki, Dövlət Neft Fondunun hərraca çıxardığı valyutanın məbləği dəyişməyb.

Ötən hərracda olduğu kimi bu gün də məbləğ 35 milyon dollar olacaq.
Xatırladaq ki, son hərracda manatın orta çəkili məzənnəsi artaraq 1,7563 səviyyəsində formalaşıb.