Martda ilk dəfə “qara bazar”da manat qalxdı

Martın əvvəlindən ilk dəfə olaraq“qara bazar”da manat bahalaşıb. 

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.7350 manata satışı isə 1.7500 manata kimi aşağı düşüb. Bu isə manatın 1,1% bahalaşması deməkdir.

Qeyd edək ki, son 10 gündə “qara bazar”da dollar 1.7500 -1.7600 manata alınıb, 1.7700 manata satılırdı. Xatırladaq ki, son valyuta hərracında dollara tələbatın aşağı olması banklarla yanaşı, “qara bazar”da da dolların ucuzlaşmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir