DTK-nın fəxri əməkdaşı olan azərbaycanlı haqqında yazılmış kitab oxuculara təqdim olunacaq – ANONS

Martın 15-də tanınmış publisist, “Fəxrimiz” jurnalı və “hakimiyyet.az” saytının təsisçisi olan Nurəli Məmmədovun “Böyük ömrə qısa baxış” adlı kitabının təqdimatı keçiriləcək. Kitab “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı” adına layiq görülən Elşad Şabanovun həyatından bəhs edir.
Qafqazxeber.az
bildirir ki, kitabda Elşad Şabanov haqda tanınmış ictimai, siyasi xadimlərin, hərb adamlarının fikirləri yer alıb. Oxucular kəşfiyyatçı və əks-kəşfiyyatçı olan Elşad Şabanovun SSRİ həbri birləşmələrinin tərkibində Əfqanıstana yardım, habelə terrorizmə qarşı həyata keçirilən əməliyyatlarda iştirakı haqda, eləcə də Qarabağ döyüşlərində göstərdiyi mübarizə barədə məlumatlanacaqlar.

Müxtəlif KİV nümayəndələri, ictimai xadimlər və hərbi ekspertlər tədbirə dəvətlidir. Tədbir martın 15-də saat 14:00-dan 15:00-dək Qafqaz Xəbər Media Mərkəzində baş tutacaq.

Ünvan: Bakı şəhəri Xətai r-nu, S.Vəzirov küçəsi ,ev 11D

Əlaqə telefonları: (+99450) 490-21-41 (+99470) 490-21-41 (+99412) 490-21-41

E-mail: qafqazxeber.az@gmail.com qafqazxeber.az