Qlyutensiz qidalanma şəkər xəstəliyinə səbəb olur

23:56


Əgər seliakiya xəstəliyindən əziyyət çəkmirsinizsə, sadəcə “dəb” olduğu üçün qlyutensiz qidalanırsınızsa, diqqətli olun!

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Harvard Universiteti tərəfindən aparılan yeni araşdırma nəticəsində, qlyutensiz qidalanmanın şəkər (diabet) xəstəliklərinə gətirib çıxardığı məlum olub.

Qlyuteni gündəlik qida rasionundan çıxaranların sayı hər keçən gün sürətlə artmaqdadır. Buğda, çovdar, arpa və yulafda olan qlyuten zülalının olmadığı qidalarla qidalanmaq sanki, dəbə çevrilib. Bu adamlar seliakiya xəstələri deyillər, amma şişkinliyin qarşısını aldığını, bağırsaq hərəkətlərini tənzimlədiyini və çəki azaltdıqlarını deyirlər. Məsələn; yalnız Britaniyada qlyutensiz qidalananların yalnız 1%-i seliakiya xəstəsidir. Məsələ ilə bağlı araşdırmaları davam etdirən alimlər, seliakiya xəstəsi deyilsinizsə, qlyutensiz qidalanmanın bir faydasının olduğuna dair sübutun olmadığını deyirlər.

Harvard Universitetinin alimləri 200 min xəstənin 30 illik səhiyyə göstəricilərini araşdırıblar. 20 qram və daha çox qlyuten yeyən insanların 2-ci tip şəkər xəstəliyinə yoluxma riskinin 4 qramdan daha az qlyutenli yemək yeyənlərə nisbətən 13% daha az olduğu müəyyən edilib. Harvard Universitetinin alimi doktor Qenq Zonq açıqlama verərək, araşdırmada qlyuten az yeyənlərin daha az taxıl lifi yeməyə meylli olduqlarını müəyyən etdiklərini bildirib: “Qlyutensiz ərzaqlar, adətən pəhriz lifi və digər vitaminlər və minerallar baxımından daha az qidalandırıcıdır. Seliakiya xəstəliyi olmayan insanlar, xüsusilə şəkər xəstəliyi kimi, xroniki xəstəliklərin qarşısını almaq üçün qlyutensiz qidalanmada diqqətli olmalıdırlar”.

 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində