Məhkəmə Trampın yeni miqrasiya fərmanının icrasını dayandırıb

07:47


ABŞ-ın Havay ştatı  məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.

 

Fərman martın 16-dan bütün ölkə üzrə qüvvəyə minməli idi. Havay məhkəmə vasitəsilə Trampın fərmanını ləğv etməyə cəhd edən ilk ştat olub.

 

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir