Türkiyə Avropa İttifaqını hədələdi

08:09


Bir il əvvəl Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında miqrantlarla bağlı bağlanan müqavilə Ankaranın təşəbbüsü ilə pozula bilər.

Milli.Az “Report”a istinadən bildirir ki, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir Türkiyə vətəndaşları üçün vizanın liberallaşdırılması məsələsini “vaxt itgisi” adlandırıb.

“Aİ viza liberallaşdırılması məsələsində bizim vaxtımızı boşa verdi. Hazırda biz readmissiyaya dair sazişə əməl etmirik və qaçqınlar üzrə sövdələşmənin qiymətləndirilməsi ilə məşğuluq”, – deyə Çavuşoğlu Türkiyə televiziyasına müsahibəsində bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində