Bolqarıstan Türkiyədəki səfirini geri çağırır

23:09


Bolqarıstan ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə rəsmi Ankaranın müdaxilə cəhdi etdiyini vurğulayaraq Türkiyədəki səfirini məsləhətləşmələr üçün geri çağırır.

Milli.Az European-a istinadən bildirir ki, Türkiyənin Sofiyadakı səfiri bir qədər əvvəl ölkədəki türkyönlü “Dost” partiyasını dəstəkləmişdi. Rəsmi Ankara isə Türkiyədə yaşayan 60 min bolqarı “Dost”a səs verməyə səsləmişdi. Rəsmi Sofiya bunu “Bolqarıstanın daxili işlərinə birbaşa müdaxilə” kimi dəçyərləndirib.

Bolqarıstanda parlament seçkiləri martın 26-da keçiriləcək. Sosioloji sorğuların nəticələrinə görə, əsas rəqiblər sabiq baş nazir Boyko Borisovun rəhbərlik etdiyi “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” və Bolqar Sosialist partiyalarıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir