Çavuşoğludan Avropada müharibə anonsu- “Tezliklə, müqəddəs müharibələr başlayacaq”

“Avropada, tezliklə, müqəddəs müharibələr başlayacaq”. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Əgər siz partiyaların əksəriyyətinə baxsanız, o zaman sosial-demokratlarla faşist Gert Vilders arasında heç bir fərq görməzsiniz. Hər kəsin düşüncə tərzi eynidir. Siz hara gedirsiniz? Siz Avropanı hara aparırsınız? Siz Avropanı uçuruma itəliyirsiniz. Tezliklə, orada müqəddəs müharibələr başlayacaq”, – deyə o bildirib.