“QARA KƏMƏR” İŞİNDƏKİ GENERAL DA ƏFVƏ DÜŞDÜ! – Ömürlük cəzası 15 ilə endirildi

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev BakiPost.az-a açıqlamasında deyib ki, bu şəxslərdən biri “Qara kəmər” əməliyyatı zamanı həbs edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur.

Qeyd edək ki, Zakir Nəsirov 8 iyun 2005-ci il tarixində həbs edilib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.