Belarusda etiraz yürüşü: “Lukaşenko, çıx get”

Belarusda “Tüfeyli olmayanların yürüşü” adlı nümayiş keçirilib. Martın 15-də 2 mindən çox yürüş iştirakçısı “ Lükaşenko, çıx get” şüarı ilə Minsk küçələrindən keçiblər.

Nümayişçilər “tüfeylilərə vergi” qanununa etiraz edirlər. Qanuna görə, işsiz olan və işsizlik idarələrində də qeyddiyata düşməyən 6 aydan sonra cərimə ödəməlidir. Bu da ildə 200 dollar pul edir. Belarusda orta aylıq maaş 380 dollardır.

Bir sıra etiraz nümayişlərindən sonra ölkə prezidenti Aleksandr Lukaşenko bu qaydanın icrasını müvəqqəti dayandırdı. Ancaq etirazlar davam edir.

Nümayiş iştirakçısı Anna Tolstıx:

“Biz rezervasiyadakı kimi yaşayırıq. Bu, daxili işğal rejimidir. Bizdə konstitusiya, qanunlar yoxdur. Qanunları qorumalı adamların özləri qanunu pozur. Hakimlər qanunu pozur, milis yalandan ifadə verir. Bu, hamısı xalqı ələ salmaqdır. Buna dözmək daha mümkün deyil. Elementar haqlar, işləmək hüququ məhv edilib. İnsanlar yaşamaq üçün pul qazana bilmirlər”.

Yürüşdən sonra milis onlarla iştiraçını saxlayıb (azadliq.org).