BƏRDƏ rayon icra başçısı sakinlərlə Novruz şənliyində iştirak edib.

HAKİMİYYET xəbər verir Bərdə Rayonun mərkəzi meydanında keçirilən Novruz bayram ışənliyində rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev başda olmaqla rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının,   hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon sakinləri – cəmi 15 min nəfər iştirak etmişdir.
Bərdə   Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbərlərini Dədə Qorqud və Baharqız Novruz Bayramının personajları kosa və keçəl ilə birgə qarşılamış və salamlamışlar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbərləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil və musiqi məktəblərinin və məktəbəqədər vəməktəbdənkənar müəssisələrin kollektivlərinin hazırladıqları sərgilər ilə tanış olmuş, məktəblilərin ifasında bədii kompozisiya və səhnələrə,  gənc idmançıların idman proqramlarına,  gənclərin dirə-döymə oyunlarına, pəhləvanların və kəndirbazların səhnələrinə tamaşa etmiş,  milli məişət və mətbəximizlə bağlı hazırlanmış tədbirlərlə tanış olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır.
Musiqi sədalar ıaltında meydana Bahar qızı gəlmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış etmişdir.
Rayonun ictimai- siyas i həyatında fəal iştirak etmiş bir qrup  sakin rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, birqrup sakinə qiymətli hədiyyələr təqdim  edilmişdir. Tədbir rayonun mədəniyyət işçilərinin,  öz fəaliyyət dərnəklərinin hazırladıgı səhnəciklər və konsert proqramı ilə müşayiət olunmuşdur. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir