Novruzda mədəyə verilən "bayram": Düzgün qidalanın! – VİDEO

21:18

Növbənöv şirniyyatlar, ləziz yeməklər… Bayram süfrələrini bəzəyən təamlar damağımızı dadlandırsa da, sağlamlığımıza mənfi təsir göstərə bilər. Təbii ki, doğru qəbul edilmədikdə.

Mütəxəssislər deyirlər ki, bayrama bir neçə gün qalmışdan rejimlə qidalanmaq lazımdır ki, maddələr mübadiləsi sürətlənsin və orqanizm bayram günləri qəbul edəcəyi bol kaloriyə hazır olsun.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tez-tez yemək, yağlı yeməklərlə bərabər qazlı sulardan içmək tamamilə yanlışdır. Süfrədə yağlı yeməklərlə yanaşı, həzmi rahatlaşdıracaq göyərti və ağartı məhsulları da mütləq olmalıdır. Ağır yeməklərdən əvvəl belə yüngül qidalar və salatlar yeyilməlidir.

Novruz şirniyyatlarını da yeyərkən 2 dəfə düşünmək lazımdır. Düzgün qidalanmamaq mədə-bağırsaq xəstəliklərinə səbəb olmaqla yanağı, bir sıra fəsadlara da gətirib çıxara bilir.

Bayram yeməklərindən sonra çay süfrəsində də qara çay yox, yaşıl çay içməyə üstünlük verməlisiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Novruzda mədəyə verilən