Daha bir braziliyalı "Barselona"nın transfer hədəfində

21:30


“Barselona”nın skautları Neymarın vətənində yeni istedad kəşf ediblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, söhbət “Flamengo”nun 16 yaşlı hücumçusu Visinius Juniordan gedir. Braziliyanın U-17 yığmasının da aparıcı üzvlərindən olan futbolçu 18 yaşı tamam olana kimi “Barselona”da qeydiyyatdan keçirilə bilməz. Katalonların yetkinlik yaşına çatamayan futbolçuların transferində yol verdiyi qayda pozuntularına görə FİFA tərəfindən 1 dəfə cəzalandırılıb.

Hazırda İspaniya nəhəngi Visisiusun gələcəkdə başqa kluba getməməsi istiqamətində iş aparmaqdadır. “Flamengo” isə onu 30 milyon avroya satmaq barədə düşünməyə başlayıb. “Barselona” gənc forvardı transfer etmək üçün, həmçinin Neymardan istifadə etmək fikrindədir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir