Bir birindən maraqlı, diqqət çəkən şəkillər: Bu küçə sənətinin adı qraffitidir – VİDEO

22:18

Bir birindən maraqlı, diqqət çəkən şəkillər. Bu küçə sənətinin adı qraffitidir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda qraffitini komanda şəklində fəaliyyət göstərən bir qrup gənc həyata keçirir. Qeyri-adi düşüncə tərzinə və istedada malik olan gənclər deyir ki, onlar beyinlərinin məhsulunu dağılmış divarlara həkk edirlər.

Divarları icazəsiz rəngləmək qanunla qadağan olduğu üçün gənclər fikirlərini ifadə etməkdə çətinliklərlə də üzləşirlər. Bu səbəbdən graffiti ustaları daha çox divarlara şəkillər çəkirlər.

Küçə sənəti şəhər əhalisi tərəfindən də birmənalı qarşılanmır. Gənclər çox vaxt aqressiv insanlara rast gəlir və ərazidən qovulurlar.

Onlar deyir ki, adi divarlara qrafiti çəkiləndə daha gözəl görünür. Şərait yaradılsa Bakıda bir çox adi divarı gözə görümlü və diqqət çəkən hala gətirmək olar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir birindən maraqlı, diqqət çəkən şəkillər: Bu küçə sənətinin adı qraffitidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir