CNN Money: Azərbaycan dünyanın ən məşhur turizm məkanlarından biridir

22:21


Azərbaycan dünyanın ən məşhur turizm məkanlarından biridir. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nüfuzlu CNN Money nəşriyyatı öz məqaləsində yazıb.

Dünya turizm və səyahətlər şurasının (WTTC) araşdırmalar üzrə direktoru Roşel Törner bildirib ki, Azərbaycanda ötən illər ərzində xarici turistlər 4.6 milyard manat (2,7 milyard dollar) xərcləyiblər.

Onun sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və neftin qiymətlərindən asılılığın azaldılması ölkədə turizmin inkişafına kömək edir.

“Azərbaycan infrastrukturun inkişafına böyük vəsaitlər ayırır və əcnəbilər üçün viza almaq prosedurunu sadələşdirir”, – deyə Roşel Törner bildirib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir