Alleqri "Barselona" ilə danışıqlar aparıb

23:20


“Yuventus”un baş məşqçisi Massililiano Alleqri yayda “Barselona”nın baş məşqçisi təyin oluna bilər. “Premium Sport” nəşrinin məlumatına görə, katalonlar 49 yaşlı mütəxəssislə gizli görüş keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, “Porto” ilə oyunlardan öncə baş tutan danışıqlarda Alleqriyə 3 illik müqavilə və 8.5 milyon avro məvacib təklif olunub. İtalyan çalışdırıcı “Yuventus”la müqaviləsini yeniləmək istəmədiyini artıq klub rəhbərliyinə çatdırıb. “Barselona”nın baş məşqçisi olmağa namizədlər sırasında Xuan Karlos Unsue və Ernesto Valverdenin də adı var.

Milli.Az