"Niva"nin yaradıcısı öldü

08:59


SSRİ-nin ən məşhur yolsuzluq avtomobillərindən olan “Niva”nin yaradıcısı Pyotr Prusov martın 19-da vəfat edib. Prusov 47 il Voljsk Avtomobil Zavodunun baş konstruktoru olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, “Niva”nın 40 yaşı bu il aprelin 5-də tamam olacaq. Bu illər ərzində zavodda 2,5 milyon ədəddən çox “Niva” istehsal edilib.

Bu avtomobil “UAZ 469″la yanaşı dağlıq, yol olmayan ərazilərdə gediş üçün əvəzedilməz olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində