“Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir” –

09:08


Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş faşizmin Almaniyaya girməsi ilə bağlı həyəcan təbili çalaraq, Ankaranın onun addım səslərini eşitdiyini bildirib.

Milli.Az “Report”a istinadən bildirir ki, bunu o, Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Biz bunu avropalı dostlarımıza üçün narahat olduğumuza görə deyirik. Qoy onlar özlərinə gəlsinlər, bizimlə söyüşmək lazım deyil. Əgər kimsə “Türklər, çıxın bayıra!” deyə qışqırarsa, bundan daha çox özü ziyan çəkər. Biz faşizmin ayaq səslərini eşidirik, buna qarşı tədbir görmək lazımdır. Biz Almaniyanın yenidən həmin tələyə düşə biləcəyindən narahatıq”, – deyə o əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində