Milyarder Rokfeller vəfat edib

09:12


Əfsanəvi sahibkarlar sülaləsinin nümayəndəsi olan Devid Rokfeller 101 yaşında vəfat edib.

Milli.Az “Report”a istinadən bildirir ki, milyarderin mətbuat katibi onun Pokantiko-Hills şəhərciyində (Nyu-York ştatı) evində dinc şəkildə yuxuda ikən öldüyünü məlumat verib.

Devid Rokfeller “Standard Oil” şirkətinin təsisçisi və bəşər tarixində ilk dollar milyarderi Con Devison Rokfellerin nəvəsidir.

O, “Forbes”in bazar ertəsi açıqladığı milyarderlərin reytinq siyahısında 3,3 mlrd. dollarlıq varidat ilə 581-ci yerdə qararlaşmışdı. O, dünyanın ən yaşlı milyarderi idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir