ABŞ-a elektron cihaz aparmaq qadağan ediləcək

09:14


Səudiyyə Ərəbistanı və İordaniya da daxil olmaqla 13 ölkədən təyyarə vasitəsi ilə ABŞ-a elektron qurğuların daşınması qadağan ediləcək.

Milli.Az “Report”a istinadən bildirir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazıb.

“Reuters”in məlumatına görə, ABŞ hökuməti təqribən on ölkənin sərnişinlərinə Birləşmiş Ştatlara gələn təyyarələrdə elektron cihazların daşınmasını qadağan etmək niyyətindədir. Çərşənbə axşamı elan olunacağı gözlənilən qadağa terror təhlükəsi ilə əlaqədardır.

Qəzetin məlumatına görə, ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Departamenti (TSA) gizli şəkildə 13 ölkənin aviareyslərindən sərnişinlərə salonda mobil telefondan böyük elektron cihaz aparmağa qadağa qoymağı tələb edib.

Noutbuk, planşet, “Kindle” elektron kitabları və hətta kameralar qadağa altına düşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində