Aprel döyüşlərinin qəhrəmanlarının ailələrinə

09:24


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə ötən ilin aprel döyüşlərində cənub bölgəsindən şəhid olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə bayram sovqatı aparılıb.

Milli.Az “Report”a istinadən bildirir ki, nazirliyin məsul şəxsləri və Lənkəran Qarnizonu Zabirtlər evinin kollektivi ayrı-ayrılıqda hərbi qulluqçuların evlərində olub, onların ailə üzvləri ilə görüşüb və Novruz bayramlarını təbrik ediblər.

Göstərilən diqqətə görə minnətdarlıq edən hərbi qulluqçuların ailə üzvləri bundan sonra da Vətənin çağırışına hazır olduqlarını bildiriblər. İşğal altında olan torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsi üçün dualar edib, Silahlı Qüvvələrimizin hər an düşmənə sarsıdıcı zərbələr vurmaq əzmində olduğunu inamla söyləyiblər.

Masallı rayon Güllütəpə kəndindən olan şəhid Firdovsi Bağırzadənin ailə üzvləri onlar üçün inşa edilən fərdi evin dövlətin öz əsgərinə nə qədər önəm verdiyinin təzahürü olduğunu qeyd ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində