Gədəbəy sakini bıçaqlandı

09:39


Gədəbəydə bıçaqlanma olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun İnəkboğan kənd sakini, 1983-cü il təvəllüdlü Cəfərov Cavid Müslüm oğlu qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağır qiymətləndirilir. C.Cəfərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində