"Ölüm qrupu"ndan məktəbliyə əmr:

09:56


Moskva polisi “Vkontakte” sosial şəbəkəsində 13 yaşlı məktəbliyə öz anasına hücum etməyi tapşıran “ölüm qrupu”nun administratorları barədə məlumatı yoxlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə martın 20-də “Moskva” şəhər xəbərləri agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, polisə müraciət edən qadın bildirib ki, oğlunun “göy balina” qurupundakı yazışmasını oxuyub. Orada bir neçə tapşırıq sadalanıb ki, onlardan biri də “öz anasını bıçaqlamaq” olub.

“Bundan əlavə cari ilin fevral ayının əvvəlində qadın oğlunun qollarında kəsiklər görüb. Vətəndaş həmçinin qeyd edib ki, mənzilə daima naməlum şəxslər zəng edirlər və susurlar”, – nəşrin sözçüsü deyib.

Agentliyin məlumatına görə, oğlanın anası McDonald’s restoranlar şəbəkəsinin işçisidir və Bolşaya Ordınka küçəsində yaşayır. Qadının oğlu kadet məktəbində yeddinci sinifdə oxuyur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir