“Qarabağ”da dayandı, “Zirə”də davam edir

10:04


Azərbaycan Premyer Liqasının XXIII turunda “Zirə” “Qarabağ”ı qəbule edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qolsuz bərabərliklə başa çatan matç tərəflər arasında 8-ci çempionat görüşü olub.

 

Maraqlıdır ki, geridə qalan oyunlarda paytaxt təmsilçisinin qələbəsi yoxdu. İki qarşılaşmada qalib müəyyənləşməyibsə, daha 6 görüş ağdamlıların xeyrinə başa çatıb.

 

İkili rəqabətin son 5 oyunununda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası uğurlu ənənəyə son qoyubsa, son 6 oyunda qol vura bilməyən “Zirə”nin uğursuz ənənəsi davam edib.

 

İki komanda arasındakı top fərqində isə uçurum müşahidə olunur – 1:14.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir