4 otaqlı ev yanıb

Zaqatalada fərdi yaşayış evi yanıb.

Milli.Az bildirir ki, Fövqaladə Hallar Nazirliyinin  (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, yanğın martın 31-i axşam saatlarında rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Azi Uveys qızı Ramazanovaya məxsus ümumi sahəsi 120 kv/m olan kürsülü, birmərtəbəli 4 otaqlı evdə baş verib.

 

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardağının yanar konstruksiyaları və 2 otağın tavanı ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az