Tikilməkdə olan ev yanıb

Lənkəranda iki otaqlı ev yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şiləvar kəndində qeydə alınıb.

Kənd sakini Nadir Nəsirova məxsus, tikilməkdə olan bağ evində naməlum səbəbdən yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın nəticəsində ev tamamilə yanıb.

 

Ev sahibi evdəki əşyaların oğurlandığını, evə qəsdən od vurulduğunu iddia edir. Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

Milli.Az