Tanınmış meyxanaçının beyninə qan sızdı

Məşhur meyxanaçı Kərimin beyninə qəfil qan sızıb

Bu barədə meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, meyxanaçı Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

“Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir”. (unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir