Məşhur müğənni ailəsi ilə zəhərləndi – “Qızım üçün dua edin”

Məşhur müğənni ailəsi ilə zəhərləndi - “Qızım üçün dua edin”

 

Türkiyənin məşhur pop ulduzu Demet Akalın əri Okan Kurt və qızları Hira ilə tətil üçün getdikləri Dubayda zəhərləniblər.

BakiPost.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu haqda müğənninin özü məlumat verib.

Müğənni İnstaqram səhifəsində özünün, qızı Hiranın və iki köməkçisinin tətilin son günü balıqdan zəhərləndiklərini qeyd edib: “Zəhərləndik deyə tətildən geri qayıtdıq. Ona görə də buna tətil deməyə dilim gəlmir. Zəhərlənib qayıtdıq. Təyyarədə stüardessaların diqqətinə, adını bilmədiyim bir ataya, gözlərimi açanda bizim üçün təlaşlanan xanıma, təyyarəni İrana düşürməyi düşünəcək qədər gözü qaralan həyat yoldaşım Okan Kurta, ingilis həkimə, bizi sağaldan xəstəxanaya təşəkkürlər…”.

Demet Akalın qızının vəziyyətinin yaxşı olduğunu da əlavə edib: “Xaricə bu qədər kiçik yaşda uşaq aparılmaz. Həmçinin bu yaşda olan uşaqlara dəniz məhsulu yedirtmək olmaz. Hazırda yaxşıyıq, Yalnız Hira üçün dua edin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir