Zorlama ilə məşhurlaşan serial yenidən çəkildi (FOTO, VİDEO)

Azərbaycanda da yüz minlərlə izləyicisi olan Türkiyənin ən məşhur serialı yenidən çəkilib. İstiPress-in “haberler.com“a istinadla verdiyi məlumata görə, zorlama səhnəsi ilə gündəmə gələn “Fatmagülün suçu nə?” (Fatmagülün günahı nə?) serialının Hindistan versiyası efirə çıxıb.

Yeddi il öncə Türkiyə televiziyasının ən reytinqli serialı olan filmdə baş rolu məşhur aktrisa Beren Saat ifa edib. Film 4 gəncin bir gənc qızı zorlaması səhnəsi ilə başlayıb, daha sonra Fatmagül adlı gənc qız bu gənclərdən biri ilə evlənmək məcburiyyətində qalır. Hadisələr bu səhnənin üzərində cərayan edir.

Filmin hind versiyasında baş rolları Purnendu Shekhar, Nandita Mehra və Bhairavi Raichura kimi aktyorlar canlandırıb. İlk seriya aprelin 3-də yayaımlanıb.

Ən çox maraq doğuran isə məşhur serialının hind versiyasındakı zorlama səhnəsinin necə çəkiləcəyi idi. Nəhayət bu sual cavabını tapdı. Səhnə Türkiyədəkindən fərqli olaraq təcavüz səhnəsi açıq-aydın təsvir edilməyib. Burada 4 gənci onların kölgələri əvəz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir