İcra başçının oglu dünya çempionu oldu

Ramil Usubov mənə məşqlər üçün yaxşı şərait yaratdı, mən də çempion oldum” – MÜSAHİBƏ

“Vaxtından tez qələbə qazandım”

Portuqaliyanın paytaxtı Lissabonda kunqfu-sanda üzrə dünya çempionatı keçirilib.

yarışda Azərbaycanı +90 kq çəkidə təmsil edən “Dinamo” cəmiyyətinin üzvü Şəhriyar Hüseynzadə bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olub. Artıq vətənə dönən dünya çempionunun müsahibəsini təqdim edirik:

– Şəhriyar ilk olaraq təbrik edirik. Yarış haqda məlumat verərdiniz…

– Təşəkkür edirəm. Yarışa tam hazır idim və bu yarışı çempion kimi başa vuracağıma inanırdım. Yarış həmişəki kimi ağır keçdi. Hər bir görüş digərindən ağır, çətin keçirdi. Lakin ən çətin görüşüm yarımfinalda, İspaniya təmsilçisinə qarşı oldu. İkinci raundun sonuna 12 saniyə qalmışdı. Uduzurdu. Məğlubiyyətlə barışa bilməyən idmançı, əsəblərini cilovlaya bilmədi. Ciddi mübahisə yarandı. Hətta baş məşqçisi tatamiyə çıxaraq mənim üzərimə şığıdı. Uduzmağı həzm edə bilmirdilər.Ancaq sonda qalib olduğum təsdiqləndi.Ancaq həmin idmançı heç mükafatçılar sırasına da düşmədi.

– Final necə keçdi?

– Finalda livanlı idmançı ilə üzləşdim. Çox təcrübəli idmançı idi. Hər iki raundda tam üstünlüklə qalib gəldim. Şükür Allaha, Azərbaycana üzüağ qayıtdım. İtaliyada keçirilən yarışdan sonra bu layiqli və üz ağardan qələbə oldu

– Yarışa necə hazırlaşmışdın?

– Yarışa gedən idmançı yalnız qələbə haqda düşündüyü kimi, mən də bu fikirlə getmişdim Dünya Çempionatına. Bu yarışlara birmənalı olaraq zəif idmançı olmadığı kimi, mən də zəif hazırlaşmamışdım. Sağ olsun, cənab nazirimiz Ramil Usubov mənə məşqlər üçün yaxşı şərait yaratmışdı. Onun göstərdiyi diqqətin, qayğının nəticəsidir. Şükür Allaha, qızıl medal qazandım.

– Bu həm də Azərbaycan polisinin qələbəsidir,

– Bəli, bu həm də Azərbaycan polisinə verilən diqqət və qayğının qələbəsidir. Ancaq finalda məğlub etdiyim livanlı idmançının polis olduğunu nəzərə alsaq, bu ikiqat sevinc deməkdir

– İlk olaraq kim təbrik etdi sizi?

– Qələbədən sonra ailə üzvlərimlə danışdı. Atam mənimlə qürür duyduğunu deyərək, təbrik etdi. Bir övlad üçün bundan gözəl təbrik ola bilməz məncə.

– Dünya çempionluğundan sonar hədəfin hansı tituldu və gələcək planların haqda nə deyə bilərsən?

– Qarşıdan Avropa çempionatı gəlir. İki-üç gün dincəlib, yenidən məşqlərə başlayacağam. Bundan başqa da bir çox yarışlar olacaq. İnşallah, Azərbaycanın bayrağını həmişə yüksəkdə tutmaq və himnimizi səsləndirməyə davam etmək istəyirəm.

Xatırladaq ki, Şəhriyar Hüseynov Masallı rayonunun icra başçısı Rafil Hüseynovun ogludur.

İcra başçının kürəkəni dünya çempionu oldu
İcra başçının kürəkəni dünya çempionu oldu
İcra başçının kürəkəni dünya çempionu oldu
İcra başçının kürəkəni dünya çempionu oldu
İcra başçının kürəkəni dünya çempionu oldu
İcra başçının kürəkəni dünya çempionu oldu