12 meymun qorxudan öldü –  


Hindistanın meşə təsərrüfatı idarəsi 12 ölü meymun aşkarlayıb.

Hakimiyyet.Az Lent.Az-a istinadən  xəbər verir ki, bu haqda lenta.ru saytı yazıb.

Onlar meymunların zəhərlənməsindən şübhələnərək onları veterinara aparıblar. Hindistanın Uttar-Pradeş ştatında yerləşən veterinar klinikasında isə məlum oldu ki, meymunlar ürək dayanmasından ölüblər. Mütəxəssislərin rəyinə görə, heyvanları pələng qorxutmuş ola bilər. Yerli sakinlər iddia edir ki, sözügedən müddətdə meşədə pələng nəriltisi eşidilib. Fevralda isə məlum oldu ki, Hindistanda altı nəfəri öldürən pələngi yaxalayıblar.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh