Rusiyalı tarixçi Qareqin Njdenin sirlərini açıqlayır


Hitler Almaniyasının tərəfdaşlarından sayılan Qareqin Ter-Aratyunyanın (Njde) qəhrəmanlaşdırılması və onun açıq nasist nəzəriyyəsinin təbliği üçün erməni diasporunun gücü ilə tək Ermənistanda deyil, Rusiyanın Armavir və Bolqarıstanın Pliska şəhərlərində də abidələr ucaldılıb. Özü də Bolqarıstanda ona abidə 1912-ci ildə baş verən Birinci Balkan Müharibəsinin qəhrəmanı kimi qoyulub. 

Hakimiyyet.Az xəbər verir ki, bu fikirləri rusiyalı tarixçi, tarix elmləri namizədi, professor Oleq Kuznetsov “Ermənistan: nasizmin icazə verildiyi ölkə” üzrə mətbuat konfransının üçüncü sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, həmin ölkələrdə Njdenin üçüncü reyxstaqla əlaqələrini sübut edə biləcək kifayət qədər sənədin olmaması ilə bağlıdır.

Hakimiyyet.Az: Kuznetsov: Dağlıq Qarabağı nasistlərin törəmələri işğal edib

“Adolf Hitler, Henrix Qerinq və nasizmin digər rəhbərləri Birinci Dünya Müharibəsində qəhrəman olmuşdular, ancaq bu, onları İkinci Dünya Müharibəsi zamanı törətdikləri hərbi cinayətlərə görə edamdan xilas etmədi. Tarixdə həyat və insan xidmətləri bir fraqment və ya epizod üzrə deyil, bütün məcmuəsi ilə qiymətləndirilir, beynəlxalq normalar çərçivəsində nasizm cinayətləri əvvəllər edilmiş qəhrəmanlıqlara görə bağışlana bilməz”, – tarixçi qeyd edib. 

O bildirib ki, Qareqin Njde SSRİ düşməni kimi uzun müddət sovet kəşfiyyatının və əks-kəşfiyyatının diqqət mərkəzində olub. 

“Onun adı heç vaxt əks-kəşfiyyat idarəsi olan “SMERŞ” tərəfindən xatırlanmırdı. Yalnız bir dəfə – 1945-ci il aprelin 14-də onun Şərqi Avropada axtarışa verilməsi ilə bağlı məlumat yer alır (Bu sənəddə onun 1944-cü il oktyabrın 12-də Bolqarıstanda həbs olunduğu yazılır).

1948-ci ildə o, əksinqilabi fəaliyyətinə, ilk növbədə, 1921-ci il fevral-aprel aylarında Zəngəzurda antisovet üsyanının təşkilinə və kommunistlərin kütləvi qətlinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib. 

Oxu: Kuznetsov: Ermənilərin qəhrəmanı Njde Hitleri təbliğ edib

Mühakimə vaxtı onun Hitler Almaniyasının Sovet İttifaqına qarşı kəşfiyyatı ilə əlaqə barədə heç bir ifadə deyilməyib”, – Kuznetsov bildirib. 

Tarixçinin sözlərinə görə, 1940-cı ilin martında Njde Avropada erməni diasporunun ilk xadimi olub. 

“O, nəinki öz adından və “Tseqakron” təşkilatı adından bununla razılaşdı, “Daşnaqsütyun” partiyasının tanınmış xadimlərinə məktub göndərərək bildirdi ki, bu partiyanın Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindəki, eləcə də, Balkan və Yaxın Şərqdəki strukturları Almaniyanın müxtəlif kəşfiyyat xidmətlərinə daxil edilsin. 

Görünür, Njde SSRİ və Böyük Britaniyadakı strukturlar istisna olmaqla, qalan bütün erməni diasporlarını üçüncü reyxstaqın xidmətlərinə daxil etmək istəyirdi. 

1942-ci ildə Njde Abverlə əməkdaşlığa dəvət edildi. Əsas tapşırıq isə erməni mənşəli Bolqarıstan vətəndaşları özlərinin “Tseqakron” və ya “İrqçilər kəşfiyyat-diversiya qrupunu yaratdılar. 

Almaniya qoşunları üçün uğurlu olan cəbhədəki vəziyyətə görə bu qrupa maraq itdi və o, Təhlükəsizlik Xidmətinin tərkibinə verildi. Qrup il yarım ərzində Berlində xüsusi hazırlıq keçdi və Krıma, 1944-cü ildə isə Bolqarıstana göndərildi. Bundan sonra isə Türkiyəyə, həmin ilin yazında Bolqarıstanın özünə qarşı istifadə edildi. 

Həmin vaxt Njde Berlindən Sofiyaya gəldi və burada öz tərəfdaşlarını Təhlükəsizlik Xidmətinin maraqları üçün istifadə etmək məqsədilə səfərbər etdi”, – tarixçi bildirib. 

O qeyd edib ki, Njdenin qruplaşması bolqar hökumətinin fəaliyyəti ilə bağlı bütün məlumatları Hitler Almaniyasına çatdırmalı idi. 

“Njdenin Nasist Almaniyası ilə bu sıx münasibətləri cəmi iki ay – 1944-cü il iyulundan sentyabrınadək davam etdi. Sovet əsgərlərinin atəş açmadan Bolqarıstan ərazisinə daxil olması ilə bu əməkdaşlığa son qoyuldu. 

Muzdlular həmişə və hər zaman, bütün silahlı münaqişələrdə qanundan kənar olurlar. Belə çıxır ki, Njde təkcə nasist tərəfdarı deyil, eyni zamanda, satqın, casus və muzdluları toplayan idi”, – tarixçi əlavə edib.

Ə.Ş.


Facebook səhifəmizi izləməyi unutmayın!