Şamaxının yeni icra başçısı qalmaqallı I müavinlə işləyəcəkmi? – Qara qovluq…

Şamaxıya yeni icra başçısı təyin olunan Tahir Məmmədovdan sonra nəzərlər 1-ci müavin Qasım Qasımova yönəlib

Cahan.info mediaya istinadla xəbər verir ki, sabiq başçı Asif Ağayevin dövründə “meydan sulayan” Q.Qasımovun taleyinin necə olacağı sual altındadır.

A.Ağayevin Beyləqan icra başçısı kimi onu yanına gətirəcəkmi, Şamaxının yeni icra başçısı onunla işləyəcəkmi, bu sualların cavabları qeyri-müəyyəndir.
Lakin bilinən odur ki, Q.Qasımovun adı müxtəlif yeyintilərdə, qalmaqallı işlərdə hallanıb və T.Məmmədovun onu yanında saxlayacağı inandırıcı görünmür.
Rayondakı bu özbaşınalıq və qanunsuzluğun başında Şamaxı RİH başçısının 1-ci müavini Qasım Qasımov dayanır. Qasım Qasımovun Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevə yaxın şəxs olduğu bildirilir.
Maraqlısı budur ki, Şamaxının sabiq icra başçısı Asif Məmmədov da elə Qasım Qasımovun güdazına gedərək vəzifəsini itiribmiş.
Şamaxı keçmiş başçısı Ağayev və müavini Q.Qasımovun Şamaxının Göylər kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsində ciddi yeyintiyə yol verdikləri deyilir.
Bu müqavilənin imzalandığı tədbirdə Şamaxı RİH başçısı, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori iştirak ediblər.
Mətbuatda gedən yazılara görə, özünü hər yerdə PA-nın şöbə müdiri Zeynal Nağdəliyevin adamı kimi təqdim edən Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini Qasım Qasımovun əməlləri tükənmir.
Adamın iddiaları vəzifəsi ilə müqayisədə çox böyükdür. İddianın miqyası o qədər böyük miqyasdadır ki, sanki Qasım müəllim Şirvanşah olmaq istəyir.
Bir müddət öncə Şamaxı rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Ağayevə xüsusi aşbaz belə təyin edən I müavin, xidmətin ən üst mərtəbəsini də bacarır. Məsələ bununla da bitməmişdi. Aşpaza xidməti maşın da təhkim olunmuşdu.
Bu da son deyil. Şamaxı Təhsil şöbəsini fasiləsiz nəzarətində saxlayan Qasım Qasımov, yaxın qohumu Eyvaz Eminalıyevi həmin müəssisəyə rəhbər təyin etdirməklə tam nəzarətə nail olub.
Qasım Qasımov artıq ölkə hüdudlarından kənarda ticarət bazası qurub. Başçı müavini Rusiyanın Sankt-Peterburq şəhərində biznes şəbəkəsi qurub.
Bu biznesin təşkilində ona hərbi xidmətdən yayındığı və adıçəkilən şəhərə getdiyi iddia olunan oğlunun dəstək verdiyi bildirilir.
Habelə, Q.Qasımovun qardaşı oğlanlarının da əsgərlikdən yayınaraq Rusiyanın ikinci şəhərinə getdikləri və biznesə nəzarət etdikləri söylənir.
İcra başçısının müavinin S.Peterburqda hansı biznesi qurduğu açıqlanmır. Güman olunur ki, həm geyim, həm ərzaq mağazaları fəaliyyətdədir.
Bu biznesi hansı maliyyə hesabına yaratdığı bilinmir. Hər halda dövlət məmurunun aldığı maaş ölkədən kənarda deyil, rayonda da biznes qurmağa imkan vermir.
Qasım Qasımovun xaricdə biznesinin olması onun investor kimi fəaliyət göstərməsinə rəvac verir. Büdcə pullarına biznes quran və inkişaf etdirən başçı müavini ən azından bu istiqamətdə dövlət rəhbərinin göstərişinə əməl edə bilər.
Şamaxıda Qasım Qasımov adı, soyadı çox populyardır. Demək olar ki, hamı ondan danışır. Buna səbəb heç də onun rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini kimi işgüzarlığı, rayonun problemlərinin həllinə səy göstərməsi deyil.
Qasım Qasımov “fenomen”inin digər səbəbi isə 1995-ci ildə icra hakimiyyəti orqanlarından qovulduqdan sonra (16 illik fasilədən sonra) 2011-ci ildə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini kimi məsuliyyətli bir vəzifəyə təyin edilməsidir.
Hətta ADSP-nin sədri olmuş, ADSP-nin o vaxtkı sədri Mahmud Məmmədovun etimadından sui-istifadə edərək min cür oyundan çıxmış belə bir adamın bu vəzifəyə sahiblənməsi hamının təəccübünə səbəb oldu.

Onunla bağlı mətbuatda gedən bu yazılara münasibətini dərc edə bilərik.