BakuPress Milli İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacana qarşı HÖRMƏTSİZLİK

Dünən BakuPress Milli İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacan BMM -də Adil Əliyevin təşkil etdiyi mətbuat konfransına gedərkən naməlum səbəbdən Nəsimi rayon S.Vurğun küçəsində saxlanaraq 20-ci bölməyə aparılmışdır. Redaksiyamızdan Bakupress əməkdaşları ilə əlaqə saxladıq qeyd etdilər ki, konfransa getdikləri vaxt yolda maşını park edib Maşında digər həmkar yoldaşımız mağazaya düşdü. Birdən birə yol hərəkət qaydasını pozan maşını digər maşını YP 514 qeydiyyatlı yol patrul maşını qəsdən həmin maşını məhz bizim maşının arxasında saxlatdırdı.Konfransa gecikdikləri üçün dəfələrlə yol polisindən xahiş ediblər ki, maşını başqa yerdə saxlasınlar ki,maşını çıxarıb yollarına davam etsinlər. 20 dəqiqədən çox orda dayanmaqlarına baxmayaraq, polis qəsdən onların çıxmağına mane olub. Daha sonra BakuPress əməkdaşı polisdən xahiş etdikdə konfransa gecikdiklərini məhz polisin mane olmağını video lentlə almaq istədikdə polisin təzyiqinə məruz qalıb, çəklişə mane olublar. Dərhal post parul xidmətini çağırıb Şəfəq Ağacan BakuPressin digər əməkdaşı və maşında olan başqa bir həmkarını 20-ci bölməyə aparıblar. Məsələ ilə əlaqəli maraqlandıq ki, düz 6 saat heç bir səbəb göstərmədən və izah etmədən onları bölmənin həyətində saxlayıblar. Daha sonra onlarla əlaqə saxlaya bilmədik.. Daha sonra saat 18:30 da məsələni dəqiqləşdirmək üçün hadisə qeyd olunan ünvanda maşın həmin yerdə dedikləri kimi orda qalıb. Qeyd edək ki, müşahidə kamerasıda var.Hadisə vaxtı həmin videomateral bizim redaksiyaya göndərilmişdir.azerinfo.az