DGK-ndə dəyişikliklər gözlənilir ? – Səfər Mehdiyevdən narazılıq var.. İDDİA

Teref.az-la fikirlərini bölüşən hakimiyyətin yuxarı eşalonunun kuluarlarına yaxın bir şəxsin iddiasına görə hakimiyyətdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə qarşı bərk narazılıq var. Aydın Əliyevi sədr postundan alıb yerinə Səfər Mehdiyevi təyin edəndə Səfər Mehdiyevin illərdir DGK –da işlədiyini nəzərə almışdılar. Komitənin bütün əyər əskiklərini və daxildə baş verən bütün intriqaları bildiyinə görə onun DGK-nı daha uğurla sağlamlaşdıracağı hesablanmışdı. Əslində hesab düz idi, axı adam illərlə sədrin müavini olub və DGK-nin kuratoru sayılan FHN şefinin ən yaxınlarından sayılıb. Əlbətdə burda onun əvvəllər yaxın olduğu Kəmaləddin Heydərovdan aralanaraq səfini dəyişməsidə böyük rol oynayırdı. Məlumatlı mənbə iddia edir ki, (Belə bir məlumat mediada da yer almışdı) artıq DGK-nın kurasiyası Vasif Talıbova tapşırılıb. Və Səfər Mehdiyevdə bütün hesabatları ona verir. Lakin sosial şəbəkələrdə və mediada arda arda DGK-si haqqında gedən tənqidi materiallar DGK – ndə heç də hər şeyin yaxşı olmadığını göstərir. Mənbənin teref.az-a söylədiyinə görə hətta Səfər Mehdiyevin təzə posta gələndə özünə yaxın qəzet və jurnalları yığaraq gömrük postlarına aparıb və bundan sonar o mətbu orqanlarda təriflətsədə bu yuxarıda oturanları qane etməyib. Çünki bütün bu reklamların arxasınca social şəbəkələrdə və mediada gömrükdə baş verən qanunsuzluqlarla bağlı çoxlu materiallar gedib. Bundan əlavə isə prezident aparatına ən çox şikayətlər elə DGK baş verən qanun pozuntularındandır. Bu da DGK-da heç də hesablandığı kimi hər şeyin yaxşı olmadığına dəlalət edir.
Əslində isə yeni sədrdən DGK-ni köhnə qrupun adamlarından təmizləməsi və DGK-nı yeni kadrlarla möhkəmləndirərək, işdə dönüş yaratması gözləniılirdi. Lakin göründüyü kimi DGK-dan bəzi kadrlar çıxardılaraq FHN-ə transfer olsalarda (FHN şefi öz köhnə kadrlarını darda qoymadı) , DGK-nın işində elə bir dəyişiklik gözə dəymir. Yenədə Azərbaycanın siması olan giriş və çıxış qapılarında əvvəlki “besperedellik” yenədə qanunları saya salmamaq, rüşvət və ilaxır..
Bu da rəhbərliyi qane etmir və gözlənilən odur ki, etimadı doğrultmayan kadrlarla vidalaşmalı olacaqlar. Səfər Mehtiyevə hətta xırda para rüşvətlə tutdurduğu gömrükçülərlə bağlı hay küy belə kömək etmir.
Vasif Talıbovun Naxçıvanda etimadı doğrultmayan kadrlarla necə qətiyyətlə vidallaşdığını dəfələrlə şahidi olmuşuq. Bu günlərdə Naxçıvan Gömrüyünün rəıisi kreslosu ilə vcidalaşdı.
Məlumatlı mənbənin dediyinə görə belə gedsə DGK-nin sədr postu vakant olacaq.