Salyanın icra başçısı ilə qərar hazırdır – yoxlamalar da yekunlaşıb

Hesablama Palatası cari ilin dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit yoxlamalarını yekunlaşdırmaq üzrədir. Gundeminfo.az-a daxil olan məlumatlara əsasən bir neçə Rayon İcra Hakimiyyətlərində aparılan yoxlamalarda külli miqdarda dövlət vəsaitinin talan edilməsi, təyinata uyğun olmadan istifadəsinə dair faktlar aşkarlanıb. İlkin olaraq 3 rayonda aparılan yoxlamalar həm Milli məclisə, həm də digər qurumlara da təqdim edilib.

Apardığımız dəqiqləşdirmələr zamanı Salyan rayonunda abadlıq və təmir-bərpa işləri üçün ayrılan vəsaitlərlə bağlı olaraq təyinatı üzrə istifadə etməməmə, o cümlədən də vəsaitlərin ayrılması zamanı tenderlərin təşkilində qanunvericiliyin müvafiq olaraq pozuntulara yol verilib. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Digər 2 rayonla bağlı da dəqiqləşdirmələr apardıqdan sonra ətraflı bilgilər verəcəyik.

Qeyd edək ki, Salyan rayonu üzrə cari ilin aqrar hesabatları da bərbad durumdadır. Rayon üzrə investitsiya cəlb edilməsi, o cümlədən də proqnozların icrası da yerinə yetirilməyib. Məlumatlara görə, Salyan rayonundan sahibkarların yerli icra hakimiyyətindən, xüsusilə də icra başçısı Sevindik Hətəmovdan yuxarılara kütləvi şəkildə şikayətlər daxil olub. Mövzu ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.