Bu stansiyaya giriş-çıxış vaxtına məhdudiyyət uzadıldı



Dekabr ayının 10-dan “Bakmil” stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Hakimiyyet.Az-a verilən məlumata görə, səhər saatlarında isə “Bakmil” stansiyası sərnişinlərə 8:20-yə qədər xidmət göstərəcək.

Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi narahatlığa görə sərnişinlərdən üzr istəyir.



Facebook səhifəmizi izləməyi unutmayın!