Filippin Rusiyadan helikopterlər almaq fikrindən vaz keçdi



Filippin ABŞ sanksiyalarına görə Rusiya istehsalı olan helikopterləri almaqdan imtina edib.

Hakimiyyet.Az xəbər verir ki, bunu Filippinin müdafiə naziri Delfin Lorenzan deyib.

O bildirib ki, bunun əvəzində ölkəsi ABŞ istehsalı olan helikopterlər alacaq.

Bildirilir ki, Filippin 240 milyon dollara 16 ədəd “Black Hawk” helikopteri alacaq. Müvafiq müqavilə 2019-cu ildə imzalanacaq.

Qeyd edək ki, Manila Rusiyadan müasir Mİ-171 helikopterləri almaq niyyətində idi.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Facebook səhifəmizi izləməyi unutmayın!