Simonov: Azərbaycandan Avropaya qaz ixracı bizim üçün problem deyil



Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov bəyan edib ki, Rusiya beynəlxalq təbii qaz bazarında rəqabətdən çəkinmir. 

Hakimiyyet.Az TASS agentliyinə istinadən xəbər verir ki, o, bu fikirlərini Türk-Rus Enerji Mütəxəssislərinin iclasında çıxışı zamanı bildirib. 

Qlobal təbii qaz bazarları üçün vacib olan “Türk Axını”, TAP və TANAP kimi layihələrin həyata keçirildiyini vurğulayan Simonov gələcəkdə İran qazının Türkiyə üzərindən bazara çıxarılması məsələsinin də gündəmə düşə biləcəyini deyib. 

Simonov Rusiyanın beynəlxalq təbii qaz bazarında rəqabətdən çəkinmədiyini bildirib: 

“Azərbaycandan Avropaya göndəriləcək 10 milyard kub metr qaz bizim üçün böyük problem deyil. ABŞ-dan gələn qaz da eyni şəkildə… Biz yaxşı miqdar və infrastrukturla rəqabətə hazırıq. Əsas istəyimiz həqiqi rəqabətin olmasıdır.

Bəziləri Rusiyanın enerjini siyasi silah kimi istifadə etdiyini deyir. Avropanın Rusiyaya münasibəti aydın görünür. Biz ayrı-seçkilik istəmirik. Avropa İttifaqı qanunlarında istisna istəmirik”, – deyə, o əlavə edib.

M.A.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Facebook səhifəmizi izləməyi unutmayın!