Xocasən yolunda avtobus aşdı: 9 nəfər yaralandı



Abşeron rayonunda sərnişin avtobusu aşıb.

Səhiyyə Nazirliyindən Hakimiyyet.Az-a verilən məlumata görə, hadisə Xocasən yolunda baş verib.

119 nömrəli marşrut avtobusunun aşması nəticəsində 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardımın 12 briqadası gəlib.

Xəsarət alanlardan iki nəfər Respublika Kliniki Xəstəxanaya, digərləri isə Tibbi Kliniki Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Facebook səhifəmizi izləməyi unutmayın!