ÇL-də yoluna davam edənlər – ADLAR



Çempionlar Liqasında (ÇL) 1/8 finalçılar müəyyənləşib.

Hakimiyyet.Az xəbər verir ki, keçirilən qarşılaşmalardan sonra “Lion” son xoşbəxt komanda olmağı bacarıb.

“Ayaks” (Hollandiya) – “Bayern” (Almaniya) 3:3

“Benfika” (Portuqaliya) – AEK (Yunanıstan) 1:0

“Şaxtyor” (Ukrayna) – “Lion” (Fransa) 1:1

“Mançester Siti” (İngiltərə) – “Hofenhaym” (Almaniya) 2:1

“Real” (İspaniya) – ÇSKA (Rusiya) 0:3

“Viktoriya” (Çexiya) – “Roma” (İtaliya) 2:1

“Yanq Boyz” (İsveçrə) – “Yuventus” (İtaliya) 2:1

“Valensiya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 2:1

Beləliklə, “Mançester Siti”, “Mançester Yunayted”, “Totenhem”, “Liverpul” (hamısı İngiltərə), “Bayern”, “Borusiya” (Dortmund), “Şalke” (hər üçü Almaniya), “Barselona”, “Real”, “Atletiko” (hər üçü İspaniya), “Yuventus”, “Roma” (hər ikisi İtaliya), PSJ, “Lion” (hər ikisi Fransa), “Portu” (Portuqaliya) və “Ayaks” (Hollandiya) ÇL-də 1/8 final mərhələsinə vəsiqə əldə ediblər.

“Napoli”, “İnter” (hər ikisi İtaliya), “Qalatasaray” (Türkiyə), “Brüqe” (Belçika), “Benfika” (Portuqaliya), “Valensia” (İspaniya), “Viktoria” (Çexiya) və “Şaxtyor” (Ukrayna) isə qruplarında III yeri tutaraq, mübarizəni Avropa Liqasında (AL) davam etdirmək hüququ qazanıblar.

Qeyd edək ki, ÇL-in 1/8, AL-in isə 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 17-də keçiriləcək.

S.M.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Facebook səhifəmizi izləməyi unutmayın!