Kiyevdə prezident mühafizəsinin əməkdaşı qətlə yetirilib – FOTO



Yanvarın 3-nə keçən gecə Kiyevin Peçerski rayonunda bir kişi qətlə yetirilib.

Hakimiyyet.Az Ukrayna informasiya vasitələrinə istinadən bildirir ki, bir kişi itləri gəzdirdiyi zaman digəri maşınla park olunma yerinə doğru gəlib.

Naməlum səbəblərdən onların arasında mübahisə yaranıb. Avtomobilin sürücüsü avtomobildən enərək mübahisə etməyə davam edib. Getdikcə dərinləşən mübahisə nəticəsində itləri gəzdirən şəxs digərinin başına yumruqla zərbə endirib. Həkimlərin müdaxiləsinə baxmayaraq, zərərçəkmiş özünə gəlməyib və dünyasını dəyişib. Tibb işçilərinin ilkin rəyinə əsasən, ölümə səbəb yıxılma deyil, məhz başa vurulan zərbədir.

Öldürülən şəxs dövlət adamlarının təhlükəsizliyini təmin edən Dövlət Mühafizə Xidmətinin əməkdaşı olub. 26 yaşlı şəxsin adı Vasili Xmelyuk olub. İki iti gəzdirən qatil isə Qafqaz görünüşlü saqqallı şəxs olub və cinayət yerindən qaçıb. Hazırda həmin şəxs polis tərəfindən axtarışdadır.

Facebook səhifəmizi izləməyi unutmayın!